DÇ-2026-ya vəsiqəni təmin etmiş 42 komanda arasında çempionluğa əsas namizədlərin reytinqini yeniləyib.
"Goal" futbol portalı DÇ-2026-ya vəsiqəni təmin etmiş 42 komanda arasında çempionluğa əsas namizədlərin reytinqini yeniləyib.
Matc.az xəbər verir ki, bu, qrup mərhələsinin püşkatmasından sonra baş tutub.
Daha 6 komanda isə 2026-cı ilin mart ayının sonunda keçiriləcək pley-off oyunlarından sonra müəyyənləşəcək.
"Goa"ın 2026-cı il dünya çempionatı üçün ən yaxşı 10 namizədi:
1. İspaniya
2. Argentina
3. İngiltərə
4. Portuqaliya
5. Fransa
6. Almaniya
7. Niderland
8. İsveçrə
9. Norveç
10. Mərakeş
Xatırladaq ki, 2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək. İlk dəfə olaraq, dünya çempionatında hər biri 4 komandadan ibarət 12 qrupa bölünmüş 48 komanda iştirak edəcək. Hazırda 42 komanda turnirdə yerini təmin edib.












