03 Dekabr 2025, 13:14
FUTBOL
"Liverpul"un ulduzfutbolçusu Məhəmməd Salah karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Talksport" nəşri məlumat yayıb.
İki klub misirli vingeri transfer etmək istəyir. Salah mübarizəsində "Əl-Hilal" favorit göstərilir. lakin “Əl-Qadisiyə” də 33 yaşlı oyunçu ilə maraqlanır.
Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm "Liverpul"un heyətində keçirdiyi 18 oyunda 5 qol vurub, 3 qol ötürməsi edib. Onun klubla müqaviləsi 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.












