03 Dekabr 2025, 09:50
FUTBOL
Hazırda “Milan”ın formasını geyinən Luka Modriç “Real”da çıxış edərkən baş məşqçisi olmuş əfsanəvi Zinəddin Zidan barədə xatirələrini bölüşüb.
Matc.az "Footmercato"ya istinadən xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi fransalı mütəxəssisi unikal məşqçi adlandırıb:
“Ardıcıl üç Çempionlar Liqası kuboku… Paltardəyişmə otağına daxil olanda bütün diqqətimiz yalnız Zidanın üzərində olurdu. Zizu məşqçi kimi unikal idi. Ondan xüsusi bir aura gəlirdi. O, bu oyunu mükəmməl şəkildə dərindən anlayırdı. Birlikdə inanılmaz vaxt keçirdik”.
Qeyd edək ki, Zinəddin Zidan Madrid “Real”ını ardıcıl 3 dəfə UEFA Çempionlar Liqasının qalibi edib. 53 yaşlı məşqçi 2021-ci ildə “kral klubunu” tərk edib.












