01 Dekabr 2025, 19:14
FUTBOL
"Əl-Hilal"ın hücumçusu Darvin Nunes komandadan ayrılmaq istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Globo" nəşri məlumat yayıb.
Uruqvaylı forvard Səudiyyə Ərəbistanında özünü xoşbəxt hiss etmir. Nunes artıq ayrılıq qərarı verib. 26 yaşlı futbolçu Argentinanın "River Pleyt" klubuna təklif olunub.
Qeyd edək ki, "Əl-Hilal" Darvin Nunesi mövsümün əvvəlində "Liverpul"dan 53 milyon avroya transfer edib. Hücumçu komandanın heyətində keçirdiyi 11 oyunda 5 qol vurub, 2 qol ötürməsi edib.












