01 Dekabr 2025, 16:58
FUTBOL
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində üçüncü oyuna çıxıb.
Matc.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan millimiz Şimali Makedoniyanın Strumitsa şəhərində Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
“Kukus” stadionunda keçirilən qrupun son görüşü rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.












