"Fənərbaxça" doğma meydanda əzəli rəqibi "Qalatasaray"ı qəbul edəcək. Turun mərkəzi oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Türkiyə Super Liqasında 14-cü tura yekun vurulur.

Matc.az xəbər verir ki, bu gün İstanbul derbisi baş tutacaq.

"Fənərbaxça" doğma meydanda əzəli rəqibi "Qalatasaray"ı qəbul edəcək. Turun mərkəzi oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

13 turdan sonra 32 xal toplayan "Qalatasaray" çempionatın lideridir. Rəqibindən 1 xal geri qalan "Fənərbaxça" isə 2-ci yerdədir.

Türkiyə Super Liqası

14-cü tur

1 dekabr

21:00. "Fənərbaxça" - "Qalatasaray"
Baş hakim: Yasin Kol
Yan xətt hakimləri: Abdullah Bora Özkara, Bahtiyar Birinci

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest