"Kremonese"nin tanınmış ingilis hücumçusu Ceymi Vardinin evi qarət edilib.
Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
"Kremonese"yə keçdikdən sonra Vardi və həyat yoldaşı Rebekka Qarda gölünün ətrafındakı bir villaya köçüblər. Oğrular pəncərədən içəri girməyi bacarıblar və tez bir zamanda hadisə yerindən qaçaraq pul, saat və zinət əşyaları oğurlayıblar. Oğurlanmış əmlakın ümumi dəyəri 80.000 avro olaraq qiymətləndirilir.
İtaliya polisi oğurluğu həyata keçirən dəstənin Vardinin evini uzun müddət izlədiyini və ev sahiblərinin evdə olmadığı bir vaxt seçdiyini düşünür. Oğruların axtarışı davam edir.
Qeyd edək ki, Vardi ötən yay keçmiş agenti vasitəsilə "Kremonese"yə qoşulub. O, A Seriyasının 8 matçında 2 qol vurub.












