25 Noyabr 2025, 17:33
FUTBOL
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxıb.
Matc.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan millimiz Şimali Makedoniyanın Strumitsa şəhərində Sloveniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Kukus” stadionunda keçirilən görüş rəqib komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-19 qrupda növbəti oyununu noyabrın 28-də Şimali Makedoniya yığmasına qarşı keçirəcək.

_1764098877.jpg)







_1764086673.jpg)


