AFFA-nın təşkilatçılığı ilə Milli Komandaların Təlim-Məşq Mərkəzində qapıçılar üzrə məşqçilər üçün UEFA-nın A kateqoriyalı məşqçi kursunun III mərhələsi keçirilir.

Matc.az xəbər verir ki, noyabrın 26-dək davam edəcək məşğələlərə təlimatçı Faiq Əzizov, UEFA-nın qapıçılar üzrə təlimatçısı Mart Poom, həmçinin fitness üzrə mütəxəssisi Patrik Foletti rəhbərlik edirlər.

Onlara yerli təlimatçilar Üzeyir İbrahimov və Vitaliy Kovalyov kömək edirlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest