25 Noyabr 2025, 16:35
FUTBOL
“Barselona”nın hücumçusu Robert Levandovski karyerasını Türkiyənin böyük klublarından birində davam etdirmək variantını nəzərdən keçirir.
Matc.az xəbər verir ki, bu barədə "Fotomac" nəşri məlumat yayıb.
“Fənərbaxça” 37 yaşlı futbolçunun agenti ilə danışıqlar aparıb və ona 1illik müqavilə təklif edib. Levandovski bu şərtlərdən narazı qalıb. Polşalı forvard 2,5 illik müqavilə tələb edir.
Təcrüəli oyunçunun “Barselona” ilə mövcud müqaviləsi 2026-cı ilin yayında başa çatır. “Fənərbaxça” Levandovskini hücum xətti üçün uyğun namizəd kimi görür. Lakin tərəflər hələ ki, razılığa gələ bilməyiblər.
Qeyd edək ki, Levandovski cari mövsümdə "Barselona"nın heyətində keçirdiyi 13 oyunda 8 qol vurub.






_1764086673.jpg)





