18 Noyabr 2025, 11:54
FUTBOL
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində sonuncu turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, L qrupunda Monteneqro millisi doğma meydanda Xorvatiyanı qəbul edib. Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Monteneqro yığmasında çıxış edən Marko Yankoviç də bu görüşün iştirakçısı olub. "Qarabağ"ın yarımmüdafiəçisi 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, 9 xalı olan Monteneqro millisi 5 komandanın yer aldığı qrupu 4-cü yerdə başa vurub.












