İcarə əsasında "Aston Villa"da çıxış edən Ceydon Sanço karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Sercan Hamzaoğlu məlumat yayıb.

"Fənərbaxça" ingiltərəli vingeri heyətinə qatmaq istəyir. 25 yaşlı futbolçu hazırda İstanbuldadır və klub rəsmiləri ilə danışıq aparır.

Qeyd edək ki, Ceydon Sanço müqavilə ilə "Mançester Yunayted"ə məxsusdur. Onun "qırmızı şeytanlar"la müqaviləsi mövsümün sonunda başa çatır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest