"Real"ın hücumçusu Qonsalo Qarsiya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Sanderlend", "Aston Villa" və "Vulverhempton" ispaniyalı forvardı transfer etmək istəyir. "Kral klubu" 21 yaşlı forvard üçün gələn 20 milyon avroluq təklifləri dəyərləndirəcək.

Qeyd edək ki, Qonsalo Qarsiya bu mövsüm "Real"ın heyətində keçirdiyi 15 oyunda 4 qol vurub, 2 qol ötürməsi edib. Onun Madrid təmsilçisi ilə müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest