Türkiyə milli komandası DÇ-2026-nın seçmə mərhələsinin 6-cı turu çərçivəsində səfərdə İspaniyanın qonağı olacaq.

Matc.az xəbər verir ki, tsiklin son oyunu ərəsində "ay-ulduzlular"ın heyətində itkilər baş verib.

"Qalatasaray"ın müdafiəçisi Kaan Ayhan və "Midyullan"ın vingeri Aral Şimşir zədələnib. Hər iki futbolçu heyətdən çıxarılıb. Onların əvəzinə "Qalatasaray"dan Ahmed Kutucu yığmanın düşərgəsinə qoşulub.

Qeyd edək ki, İspaniya - Türkiyə qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:45-də Sevilyada baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest