"Olimpiakos"un yarımmüdafiəçisi Kristos Mouzakitis karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Niko Skira məlumat yayıb.

"Arsenal", "Aston Villa" və "Mançester Yunayted" yunanıstanlı futbolçunu transfer etmək istəyir. İtaliyadan "Napoli" klubu da 18 yaşlı oyunçu ilə maraqlanır.

Yunanıstan klubu gənc futbolçusuna 30 milyon avro qiymət qoyub.

Qeyd edək ki, Kristos Mouzakitis bu mövsüm "Olimpiakos"un heyətində keçirdiyi 13 oyunda 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest