"Fluminense"nin müdafiəçisi Tiaqo Silva Avropaya qayıda bilər.

Matc.az xəbər verir ki, bu barədə "Repubblica" nəşri məlumat yayıb.

"Milan" braziliyalı futbolçusu heyətinə qatmaq istəyir. A Seriyası nəhəngi 41 yaşlı mərkəz müdafiəçisini yanvar ayında transfer etməyi planlaşdırır. "Rossonerilər" təcrübəli oyunçu üçün onun klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Tiaqo Silva 2009-2012-ci illərdə "Milan"ın formasını geyinib. O, Avropada "Portu", "Dinamo" (Moskva), PSJ və "Çelsi"də də çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest