"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan Fransa milli komandasına rəhbərlik edəcək.
Matc.az xəbər verir ki, bu barədə məlumatı AS paylaşıb.
Bildirilir ki, bu, komandanın 2026-cı il dünya çempionatında çıxışından sonra baş verəcək.
Öz növbəsində, Fransa millisinin hazırkı məşqçisi Didye Deşam ABŞ, Kanada və Meksikada keçiriləcək mundialdan sonra komandadan ayrılacaq. O, hazırda agentləri ilə birlikdə Səudiyyə Ərəbistanında klub idarə etmək imkanlarını araşdırır.
53 yaşlı Zidan 2021-ci ilin iyun ayında "Real"da məşqçi vəzifəsindən ayrılıb və o vaxtdan bəri işsizdir. Əvvəllər onun Madrid klubuna qayıda biləcəyi barədə xəbərlər yayılsa da, doğru olmadı. Zidan "Real" rəhbərliyi ilə yaxşı münasibətlərə malikdir, lakin hər iki tərəf əməkdaşlığı bərpa etməyi düşünmür.
Qeyd edək ki, Deşamın rəhbərliyi altında Fransa Ukrayna, İslandiya və Azərbaycanın da yer aldığı D qrupunda birinci yeri tutaraq birbaşa 2026-cı il dünya çempionatına vəsiqə qazanıb.







_1763344450.jpg)




