16 Noyabr 2025, 12:08
FUTBOL
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanın satışa çıxarılan bütün biletlər satılıb.
Azərbaycan millisi bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində son turun oyununa çıxacaq.
Matc.az xəbər verir ki, final mərhələsinə vəsiqəni təmin etmiş Fransa yığması ilə qarşılaşacaq yığmamızın görüşündə anşlaq olacaq.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanın satışa çıxarılan bütün biletlər satılıb.
Azərbaycan - Fransa matçı saat 21:00-da start götürəcək.
Xatırladaq ki, qrupda keçirdiyi 5 oyundan cəmi 1 xal toplayan millimiz sonuncudur. Fransa yığması isə 13 xalla liderdir.












