Fransa milli komandası 2026-cı il dünya çempionatının seçmə mərhələsində Ukraynanı 4:0 hesabı ilə məğlub edib.

Matc.az xəbər verir ki, Kilian Mbappe bu görüşdə dublla yadda qalıb. O, qollarından birini penalti zərbəsindən vurub.

26 yaşlı hücumçu Fransa millisinin heyətində 1991-ci ildən bəri ardıcıl altı oyunda qol vurmağı bacaran ilk futbolçu olub.

34 il əvvəl bunu Jan-Pyer Papen bacarmışdı. O, seriyasını yeddi ardıcıl oyuna qədər uzatmışdı.

Mbappe bu matça qədər İspaniya, Almaniya, Ukrayna, İslandiya və Azərbaycanın qapılarına yol tapmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest