Futbolçular boykot elan edərək məşqlərə çıxmaqdan imtina ediblər. Hadisə vacib qarşılaşmadan cəmi iki gün əvvəl baş verib.

Nigeriya millisinin DÇ-2026-nın pley-off mərhələsində Qabona qarşı keçirəcəyi həlledici oyuna hazırlığı pozulub.

Matc.az xəbər verir ki, bu barədə "Goal" nəşri məlumat yayıb.

Futbolçular boykot elan edərək məşqlərə çıxmaqdan imtina ediblər. Hadisə vacib qarşılaşmadan cəmi iki gün əvvəl baş verib.

Tətilin səbəbi bir neçə ildir maaş və bonus borclarının ödənilməməsidir. Komandanın futbolçuları və heyəti bu barədə rəsmi açıqlama yayıblar.

Açıqlamada bildirilir:

“Komandanın bütün üzvləri, o cümlədən rəsmi şəxslər bu gün Mərakeşdəki məşqdə iştirak etməyiblər. Buna səbəb ödənilməmiş maaş və bonuslarla bağlı problemlərin hələ də həll olunmamasıdır. "Super qartallar" Qabona qarşı cümə axşamı keçiriləcək oyuna hazırlığı davam etdirmək üçün bu məsələnin tezliklə həllini gözləyirlər”.

Məlumata görə, bonusların bəziləri 2019-cu ildən qalıb və Afrika Millətlər Kubokuna vəsiqə üçün nəzərdə tutulan mükafatları da əhatə edir. Nigeriya Futbol Federasiyasının nümayəndələri artıq bir neçə futbolçu ilə görüş keçiriblər. Lakin hələlik razılıq əldə olunmayıb.

Bu qalmaqal komanda üçün onsuz da gərgin olan dövrdə baş verib. Daha əvvəl hücumçu Viktor Osimhen ilkin heyətə daxil edilməsə də, sonradan Mərakeşdəki düşərgəyə qoşulub.

Bundan əlavə, “Fulhem”in futbolçusu Aleks İvobi oteldən paylaşdığı video ilə mübahisələrə səbəb olub. Azarkeşlər həmin videonu oyunçunun şəraitdən narazılığı kimi qiymətləndiriblər.

Nigeriya birbaşa qrupdan vəsiqə qazana bilmədiyi üçün dünya çempionatına düşmək ümidini qorumaq məqsədilə pley-off mərhələsinin yarımfinalında Qabonu məğlub etməlidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest