11 Noyabr 2025, 21:16
FUTBOL
"Kəpəz"in futbolçusu Mahamadu Ba əməliyyat olunub.
"Kəpəz"in futbolçusu Mahamadu Ba əməliyyat olunub.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Sabah"la oyunda zədələnən futbolçu çiynindən əməliyyat keçirib. Müayinələr nəticəsində 26 yaşlı yarımmüdafiəçimizin çiynində iki bağın qırıldığı müəyyən edilib. Əməliyyat uğurla başa çatıb.
Banın 2-3 həftə ərzində məşqlərə başlaması gözlənilir.








_1762880428.jpg)



