"Çelsi"nin hücumçusu Rahim Sterlinqin evi qarət edilib.

Matc.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Bildirilir ki, futbolçu soyğun zamanı ailəsi ilə evdə olub. Sterlinq və ailəsi zərər görməyib. Şübhəlilərin kimliyi müəyyən edilib, onlar ölkəni tərk ediblər.

Sterlinq əvvəllər də soyğunçuluğa məruz qalıb. Bu, 2022-ci ildə baş verib. Həmin vaxt evdə heç kim olmayıb. Hadisə səbəbindən Sterlinq milli komandanın Qətərdə keçirilən dünya çempionatındakı düşərgəsini tərk etməli olub və Seneqala qarşı 1/8 final matçını (3:0) buraxıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest