“İnter Mayami”nin kapitanı Lionel Messi İspaniyanın "Sport" nəşrinə müsahibə verib.
Mat.ca zxəbər verir ki, "Barselona" və PSJ-nin sabiqq futbolçusu ABŞ-dəki həyatı barədə danışıb. Argentinalı vinger ailəsinə daha çox vaxt ayıra bildiyini deyib:
“Biz həyatdan və futboldan fərqli şəkildə zövq alırıq. Daha sakit, daim qalib gəlmək kimi dəli bir məsuliyyət hissi olmadan. Əlbəttə, qalib gəlmək istəyirik, amma təzyiq fərqlidir. Ailəyə, uşaqlara, adi həyata daha çox vaxt qalır. Əvvəllər nəticə əhval-ruhiyyəmi müəyyənləşdirirdi, evə əsəbi qayıdırdım. İndi hər şey başqa cürdür. Biz xoşbəxtik.
Futbol mənim həyatımdır. Oynamağı, rəqabəti sevirəm, uduzmağa isə nifrət edirəm. Hər dəfə meydana çıxanda qələbə qazanmaq istəyirəm. Bu, mənim üçün bir çağırışdır. Biz bura gələndə klub çox gənc idi. Onu rəqabətədavamlı etmək istəyirdik. Düşünürəm ki, buna nail olduq. Özümü fiziki cəhətdən yaxşı hiss etdiyim müddətcə oynayacağam, mübarizə aparacağam və maksimum səviyyədə çıxış edəcəyəm. Nə vaxt hiss etsəm ki, artıq bacarmıram və ya zövq almıram, o zaman dayanacağam. Amma hazırda hər anın dadını çıxarıram.”
Xatırladaq ki, Messi səkkiz dəfə “Qızıl top” mükafatının qalibi olub.





_1762880428.jpg)






