10 Noyabr 2025, 22:56
FUTBOL
“Çelsi”nin yarımmüdafiəçisi Romeo Laviya dördbaşlı bud əzələsindəki zədə səbəbindən ən azı bir ay meydana çıxmayacaq.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Belçikalı futbolçu “Qarabağ”la keçirilən Çempionlar Liqası oyununda (2:2) zədələnib. Bu, 21 yaşlı oyunçu üçün ötən mövsüm uzunmüddətli zədədən sonra növbəti uğursuz hadisə olub.
Yarımmüdafiəçi yaxın günlərdə reabilitasiya prosesinə başlayacaq. Onun meydana qayıdışı isə təxminən dekabr ayında baş tutacaq.
Qeyd edək ki, Romeo Laviya cari mövsümdə "Çelsi"nin heyətində bütün turnirlərdə cəmi 7 oyunda 240 dəqiqə meydanda olub.












