"Aston Villa" Morqan Rocersin müqaviləsinin müddətini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

İngiltərə millisinin üzvü ilə 2031-ci ilin yayında kimi nəzərdə tutulan sözləşmə imzalanıb. 23 yaşlı hücumameyilli yarımmüdafiəçinin maaşı da artırılıb.

Qeyd edək ki, Morqan Rocers bu mövsüm "Aston Villa"nın heyətində keçirdiyi 16 oyunda 1 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest