10 Noyabr 2025, 14:09
FUTBOL
Fransa millisinin hücumçusu Randal Kolo Muani DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycanla matçında iştirak etməyəcək.
Matc.az xəbər verir ki, "Tottenhem"də çıxış edən forvard zədələnib. 26 yaşlı forvard çənəsindən zədə alıb.
Kolo Muani bu səbəbdən yığmanın düşərgəsinə qoşulmayacaq.
Qeyd edək ki, Fransa millisi noyabrın 13-də doğma meydanda Ukrayna ilə üz-üzə gələcək. İkiqat dünya çempionları bundan 3 gün sonra isə Bakıda millimizin qonağı olacaq.












