10 Noyabr 2025, 13:28
FUTBOL
"Barselona" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Matc.az xəbər verir ki, La Liqa nəhənginin əsas hədəfi "Borussiya"da çıxış edən Niko Şlotterbekdir. Bu barədə "E-Notícies" məlumat yayıb.
Kataloniya təmsilçisi almaniyalı futbolçunu yanvar ayında transfer etməyə çalışacaq. "Barselona" 25 yaşlı mərkəz müdafiəçisi üçün 40 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Almaniya millisinin üzvü olan Niko Şlotterbek bu mövsüm "Borussiya"nın heyətində keçirdiyi 10 oyunda 1 qol ötürməsi edib.












