10 Noyabr 2025, 11:58
FUTBOL
“Volfsburq” baş məşqçi Paul Simonislə yollarını ayırıb.
Matc.az xəbər verir ki, onunla birlikdə üç köməkçi məşqçi də klubdan ayrılıb. Məlumatı klubun rəsmi saytı yayıb.
Bu qərar ardıcıl üç məğlubiyyətdən, o cümlədən Almaniya Kubokundan kənar qalmaqdan sonra qəbul edilib.
Bundesliqanın 10 turundan sonra komanda 14-cü pillədə qərarlaşıb. 40 yaşlı hollandiyalı mütəxəssis Simonis bu ilin iyun ayında “Volfsburq”un başına keçmiş və iki illik müqavilə imzalamışdı. O, bundan əvvəl “Go Ahead Eagles” klubunda çalışıb.












