"Kayzerslautern"in hücumçusu Mahir Emreli zədələnərək sıradan çıxıb.
"Kayzerslautern"in hücumçusu Mahir Emreli zədələnərək sıradan çıxıb.
Matc.az xəbər verir ki, 28 yaşlı futbolçu II Bundesliqanın XII turunda "Herta Berlin"lə (0:1) keçirilən oyunda meydana daxil olsa da, görüşü davam etdirə bilməyib.
Baş məşqçi Thorsten Liberknext uzun fasilədən sonra Emreliyə şans verib. O, qarşılaşmanın 63-cü dəqiqəsində oyuna daxil olub, lakin zədə səbəbindən 78-ci dəqiqədə əvəzlənib. Meydanı tərk edərkən hücumçunun göz yaşlarını saxlaya bilmədiyi diqqətdən yayınmayıb.
Xatırladaq ki, Azərbaycan millisinin DÇ-2026 seçmə mərhələsində 13 noyabrda İslandiya, 16 noyabrda isə Fransa ilə oyunları var. Ehtimal edilir ki, Mahir Emreli hər iki qarşılaşmada iştirak edə bilməyəcək.












