09 Noyabr 2025, 10:18
FUTBOL
"Liverpul" "İnter"in mərkəz müdafiəçisi Alessandro Bastoni ilə ciddi maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə "Il Giorno" məlumat yayıb.
Bildirilir ki, İngiltərə klubu 26 yaşlı italyan oyunçu üçün 100 milyon avrodan çox pul ödəməyə hazırdır. Lakin milanlılar əsas oyunçularından birini itirmək istəmirlər. Bastoninin 30 iyun 2028-ci ilə qədər nəzərədə tutulan və ildə təxminən 5,5 milyon avro dəyərində olan hazırkı müqaviləsi mümkün transferə mane ola bilər.
Qeyd edək ki, Bastoni 2017-ci ilin avqustunda "Atalanta"dan 31 milyon avroya "İnter"ə keçib. Bu mövsüm o, klubun heyətində 12 oyunda bir qol vurub və üç məhsuldar ötürmə edib.












