09 Noyabr 2025, 10:06
FUTBOL
"Atletiko"nun hücumçusu Antuan Qrizmann İspaniya çempionatında baş məşqçi Dieqo Simeonenin rəhbərliyi altında Madrid klubu üçün 138-ci qolunu vurub. Hücumçu 12-ci turda "Levante" üzərində 3:1 hesablı qələbə qazanılan oyunda iki qol vurub.
Matc.az xəbər verir ki, bununla da o, Pep Qvardiolanın rəhbərliyi altında "Barselona"da 137 qol vuran argentinalı hücumçu Lionel Messinin rekordunu qırıb.
Qrizmann "Atletiko" ilə müqaviləsi 2027-ci ilə qədərdir. Bu mövsüm o, bütün yarışlarda 19 oyunda meydana çıxıb və 6 qol vurub.












