07 Noyabr 2025, 22:30
FUTBOL
"Barselona"nın prezidenti Joan Laporta klubun stadionunun təmiri başa çatdıqdan sonra Lionel Messi üçün vida matçı keçirmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
"Kamp Nou"nu Messiyə hörmət əlaməti olaraq açmaq əla olardı, çünki stadionda belə bir matç üçün biletlər satılacaq. Lionel Messinin vida matçını "Barselona"da keçirə bilsək, çox məmnun olardım", - deyə Laporta bildirib.
Messi kataloniyalılarla 21 il oynadıqdan sonra 2021-ci ilin avqustunda "Barselona"dan ayrılıb. Bu müddət ərzində argentinalı 778 oyun keçirib, 672 qol vurub və 303 məhsuldar ötürmə edib.
"Kamp Nou" təmirinin 2026-cı ildə başa çatacağı gözlənilir. Stadionun tutumu 105.000 tamaşaçıya qədər artacaq.












