“Kristal Pelas”ın müdafiəçisi Mark Qehi “Real”a keçməyəcək.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Devid Ornşteyn məlumat yayıb.

25 yaşlı futbolçu Madrid klubuna karyerasını “Liverpul”da davam etdirəcəyini bildirib. O, artıq mersisaydlılara söz verib. Qehi “qartallar”la yayda başa çatacaq müqaviləsini uzatmayacaq və klubdan ayrılacaq.

İngiltərə millisinin üzvü olan 25 yaşlı mərkəz müdafiəçisi cari mövsümdə "Kristal Pelas"ın heyətindəə bütün turnirlərdə 18 oyun keçirib, 1 qol vurub və 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest