Brüggedə avtobusu yandıran "Barselona" azarkeşi polis tərəfindən müəyyən edilərək həbs edilib.

Matc.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.

Bildirilir ki, yanğın törədən şəxs Belçika hakimiyyəti tərəfindən həbs edilib. Həmin şəxs "Barselona" azarkeşləri klubunun üzvüdür. Polis həmçinin Kataloniya klubunun digər iki azarkeşindən də yanar fişəng götürüb.

Hadisələrdən biri "Yan Breydel" stadionunun (Brügge, Belçika) girişində, digəri isə stadionun içərisində baş verib. Onların şəxsiyyətlərinin təsdiqlənməsi prosesi hazırda davam edir. Bu təsdiqlənərsə, "Barselona" müvafiq tədbirlər görməli olacaq.

Xatırladaq ki, "Barselona" azarkeşlərinin avtobusu Çempionlar Liqasının 4-cü turunun "Brügge" ilə oyununa (3:3) gedərkən alovlanıb. Ehtimal olunur ki, nəqliyyat vasitəsinin içərisində fişəng yandırılıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest