05 Noyabr 2025, 20:32
FUTBOL
"Aston Villa" yarımmüdafiəçisi Con Makqinn ilə yeni müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, yeni müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Makqinn 2018-ci ildə "Aston Villa"ya keçib. O, ümumilikdə 299 oyuna çıxıb, 33 qol vurub və 41 məhsuldar ötürmə edib.












