Flikin fikrincə, klub rəhbərliyi 18 yaşlı ulduza xüsusi imtiyazlar verir. Bura komanda səfərlərində güzəştlərdən tutmuş, media öhdəliklərinə görə bərpa prosedurlarını buraxmasına qədər məsələlər daxildir.
"Barselona"da dərin böhranla bağlı şayiələr yeni təsdiqini tapıb.
Matc.az ABC nəşrinə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Hansi Flik artıq gələcəyi ilə bağlı yekun qərarını verib.
Mənbənin məlumatına görə, alman mütəxəssis məşqçi heyətinə “Barselona”nı tərk etmək niyyətində olduğunu bildirib. Qeyd olunur ki, Flik klubdan cari mövsümün sonunda ayrılmağı planlaşdırır.
Qərar ümumi yorğunluqla deyil, daha çox gənc futbolçu Lamin Yamal məsələsində klub rəhbərliyi ilə yaranmış əsaslı fikir ayrılığı ilə əlaqələndirilir. Məsələnin kökü hələ oktyabr ayında, Çempionlar Liqasının PSJ-yə qarşı oyunu ərəfəsində baş vermiş hadisəyə dayanır.
Sərt intizamı ilə tanınan Flik Lamin Yamalın oyundan öncəki komanda toplantısına gecikdiyi üçün onu cəzalandırmaq niyyətində olub. Baş məşqçi ulduz futbolçunu ehtiyatda saxlamağı planlaşdırıb.
Lakin idman direktoru Deku vəziyyətə müdaxilə edib və Yamalın oyunda iştirak etməsində israr edib. Flik isə bu müdaxiləni öz nüfuzuna birbaşa zərbə kimi qəbul edib.
Flikin fikrincə, klub rəhbərliyi 18 yaşlı ulduza xüsusi imtiyazlar verir. Bura komanda səfərlərində güzəştlərdən tutmuş, media öhdəliklərinə görə bərpa prosedurlarını buraxmasına qədər məsələlər daxildir.




_1762360334.jpg)




_1762351323.jpg)


