“Roma”nın sabiq baş məşqçisi Daniele De Rossi “Cenoa”nın yeni çalışdırıcısı təyin oluna bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Mənbənin məlumatına görə, 42 yaşlı italiyalı mütəxəssis artıq komandaya rəhbərlik etməyə hazır olduğunu bildirib. Təyinatın yaxın zamanda rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, “Cenoa” A Seriyasında 9 turdan sonra 3 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest