"Transfermarkt" portalı İngiltərə Premyer Liqasında çıxış edən futbolçuların qiymətlərini yeniləyib.
Matc.az xəbər verir ki, ən böyük azalmalar “Mançester Siti”nin iki oyunçusu – ispaniyalı müdafiəçi Rodri və ingiltərəli yarımmüdafiəçi Fil Fodenin dəyərində müşahidə olunub.
Hər iki oyunçu 20 milyon avro dəyər itirib. Onların transfer qiyməti hazırda müvafiq olaraq, 90 və 80 milyon avrodur.
İngiltərə Premyer Liqasında dəyərini ən çox itirən 10 oyunçu:
1. Rodri (“Mançester Siti”) – 90 milyon avro (-20 milyon avro).
2. Filip Foden (“Mançester Siti”) – 80 milyon avro (-20 milyon avro).
3. Bukayo Saka (“Arsenal”) – 140 milyon avro (-10 milyon avro).
4. Florian Virts (“Liverpul”) – 130 milyon avro (-10 milyon avro).
5. Qabriel Martinelli (“Arsenal”) - 45 milyon avro (-10 milyon avro).
6. Etan Nvaneri (“Arsenal”) - 45 milyon avro (-10 milyon avro).
7. Manuel Uqarte (“Mançester Yunayted”) - 35 milyon avro (-10 milyon avro).
8. Amadu Onana (“Aston Villa”) - 42 milyon avro (-8 milyon avro).
9. Ben Uayt (Arsenal) - 38 milyon avro (- 7 milyon avro).
10. Ceyms Meddison (“Tottenhem”) – 35 milyon avro (-7 milyon avro).