15 Oktyabr 2025, 19:48
FUTBOL
Türkiyə millisinin və "Real"ın yarımmüdafiəçisi Arda Gülər Xabi Alonso ilə bağlı açıqlama verib.
Matc.az xəbər verir ki, o, Alonsonun futbolçularından xarakter tələb etdiyini bildirib.
"Onun futbol tərzi tez-tez rəqib yarıda təkbətək duellər ətrafında fırlanır. Buna xarakter, aqressiv mentalitet lazımdır. Hər bir halda, onun planlarına tam etibar edirəm. Bir gün o, qapıçı olmağımı istəsə, gedib əlcək alacam", - Gülər deyib.
Qeyd edək ki, Arda Gülər 2023-cü ilin iyulunda "Fənərbaxça"dan Madrid klubuna keçib.