İngiltərə, Seneqal, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası və Fil Dişi Sahili milliləri mundiala vəsiqə qazanıblar.

2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatında indiyədək 28 ölkənin iştirakı rəsmiləşib.

Matc.az xəbər verir ki, son olaraq İngiltərə, Seneqal, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası və Fil Dişi Sahili milliləri mundiala vəsiqə qazanıblar.

Üç meydan sahibi ilə yanaşı, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fil Dişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə seçmələri də turnirdə mübarizə aparacaqlar.

Qeyd edək ki, 2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək dünya çempionatına ümumilikdə 48 komanda qatılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest