Bu gün Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxıb.

Matc.az xəbər verir ki, yığmamız səfərdə Ukrayna ilə qarşılaşıb.

Polşanın "Krakoviya" stadionunda təşkil olunan görüşü Avstriyadan olan hakimlər briqadası idarə edib. Matç Ukrayna yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, D qrupunda mübarizə aparan yığmamızın aktivində 1 xal var. Qrupa 10 xalla Fransa liderlik edir. Ukrayna 7 xalla ikinci sıradadır. İslandiya isə isə 3 xalla üçüncüdür.

DÇ-2026
D qrupu
13 oktyabr

22:45. Ukrayna - Azərbaycan 2:1
Qollar: 
Aleksey Qutsulyak, Ruslan Malinovski, 64 - Nəriman Axundzadə, 45+3
Baş hakim: Sebastian Gişamer
Baş hakimin köməkçiləri: Roland Riedel, Santino Şreiner
Dördüncü hakim: Valter Altmann
VAR: Manuel Şuettenqruber
AVAR: Kristian-Petru Çiokirça
"Krakoviya" stadionu

Ukrayna: 12. Anatolo Trubin, 2. Yuxim Konoplya, 13. İlya Zabarnıy, 22. Mikolo Matviyenko (k), 16. Vitali Mikolenko, 8. Ruslan Malinovski, 18. Yeqor Yarmolyuk, 15. Oleq Oçeretko, 9. Aleksey Hutsuyak, 19. Nazar Voloşin, 11. Artyom Dovbik

Baş məşqçi: Sergey Rebrov

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 14. Elvin Bədəlov, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 13. Abbas Hüseynov, 7. Anatoli Nuriyev, 8. Emin Mahmudov (k), 15. Abdulah Xaybulayev, 17. Toral Bayramov, 19. Nəriman Axundzadə

Baş məşqçi: Ayxan Abbasov

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest