"Monako" klubu Belçika millisinin 38 yaşlı sabiq futbolçusu Sebastyen Poqoknolinin baş məşqçi təyin olunduğunu açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Belçikalı məşqçi ötən gün klubdan ayrılan avstriyalı Adi Hütteri əvəzləyib.

Keçmiş müdafiəçi məşqçilik karyerasına 2021-ci ildə "Union"un gənclər komandasında başlayıb. Daha sonra "Genk"in gənclər komandalarını və Belçika U-18 milli komandasını çalışdırıb. 2024-cü ilin yayından bəri Poqoknoli "Union"un əsas komandasının baş məşqçisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Poqoknoli bir oyunçu kimi "Genk", "AZ Alkmaar", "Standard", "Hannover", "Vest Bromviç", "Brayton" və "Union" klublarında çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest