10 Oktyabr 2025, 22:34
FUTBOL
"Mən FIFA prezidenti olsaydım, VAR olmazdı".
Üçqat "Qızıl top" qalibi və UEFA-nın sabiq prezidenti Mişel Platini VAR-la bağlı açıqlama verib.
Matc.az xəbər verir ki, o, VAR-ın tətbiqinə qarşı kəskin çıxış edib.
"Mən FIFA prezidenti olsaydım, VAR olmazdı. Futbolun problemləri başqa yerdədir. Futbolu insan təbiətinə buraxmaq lazımdır. Mən VAR-dan yalnız ofsaydları müəyyən etmək üçün istifadə edərdim. Qalan hər şey mülahizədir. Ona görə də hakimlərə matçı futbol qanunlarına uyğun şərh etmələrinə icazə verməliyik".
Qeyd edək ki, VAR (Video Assistant Referee) sistemi 2018-ci ildə beynəlxalq turnirlərdə bir sıra sınaqlardan sonra təqdim edilib və bütün dünyada geniş şəkildə tətbiq edilir.












