10 Oktyabr 2025, 21:54
FUTBOL
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxıb.
Matc.az xəbər verir ki, millimiz Karvina şəhərində Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Karvina şəhər stadionunda keçirilən oyunda yığmamız 5 cavabsız qolla məğlub olub.
10 oktyabr
Çexiya (U-21) - Azərbaycan (U-21) - 5:0
Qollar: Lukaş Maşek, 40, 59, 75, Lukas Ambros, 55, Planka, 85
Baş hakim: Yovan Kaçevski
Baş hakimin köməkçiləri: Daniel Vasilevski, Aleksandar Gyorgyeski
Dördüncü hakim: Krumislav Gyorgiev
Karvina şəhər stadionu












