"Arsenal" Yurryen Timberi uzun müddət komandada saxlamağı planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

London klubu yaxın günlərdə niderlandlı sağ cinah müdafiəçisi ilə uzunmüddətli müqavilə imzalayacaq. 24 yaşlı futbolçunun həftəlik 90 min funt-sterlinq olan maaşı 200 min funt-sterlinqə yüksəldiləcək.

Qeyd edək ki, Yurryen Timber bu mövsüm "Arsenal"ın heyətində keçirdiyi 9 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest