"Mançester Siti" ilə müqaviləsi gələn ilin yayında başa çatan Bernardo Silva Avropanın böyük klublarının transfer siyahısında yer alıb.

Matc.az xəbər verir ki, bu barədə "CaughtOffside" məlumat yayıb.

"Barselona" və "Yuventus" mövsümün sonunda azad agent statusunda olacaq portuqaliyalı yarımmüdafiəçi ilə maraqlanır. Hər iki klubu Silva ilə danışıqlara başlamağı planlaşdırır.

Səudiyyə Ərəbistanının bir neçə klubu da 31 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Bernardo Silva bu mövsüm "Mançester Siti"nin heyətində keçirdiyi 12 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest