"Milan"ın və İsveç millisinin sabiq futbolçusu Zlatan İbrahimoviç "Ferrari F80" superkarının fotosunu yayımlayıb.
Matc.az xəbər verir ki, oktyabrın 3-də futbolçunun 44 yaşı tamam olub.
"Ad günün mübarək, Zlatan", - İbrahimoviç paylaşımınıda yazıb.
Ehtimal olunur ki, İbrahimoviç fotodakı superkarı ya ad günü hədiyyəsi kimi alıb, ya da özünü avtomobillə müqayisə edib. İbrahimoviç daha əvvəl özünü Ferrari ilə müqayisə edib.
İbrahimoviç "Ayaks"la karyerası ərzində iki Niderland çempionluğu, Niderland Kuboku və Superkubokunun qalibi olub.
"İnter"lə isveçli üç dəfə İtaliya çempionluğu və iki dəfə İtaliya Superkuboku qazanıb.
"Barselona" ilə Zlatan İspaniya La Liqasının, iki İspaniya Superkubokunun, UEFA Super Kubokunun və FIFA klublararası dünya kubokunun qalibi olub.
İsveçli "Milan"la iki dəfə İtaliya çempionluğu və Superkuboku qazanıb.
PSJ-də İbrahimoviç dörd çempionluq, iki Fransa Kuboku, üç Liqa Kuboku və üç Fransa Super Kuboku qazanıb.
"Mançester Yunayted"də isə kubok kolleksiyasına Liqa Kuboku, Superkubok və Avropa Liqasının qələbəsini də əlavə edib.
