"Real"ın hücumçusu Kilian Mbappe Çempionlar Liqasında həftənin oyunçusu seçilib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı UEFA-nın mətbuat xidməti paylaşıb.

Mbappe Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunda Qazaxıstanın "Kayrat"ı komandası üzərində səfərdə 5:0 hesabı ilə qalib gəldikləri oyunda het-trik edib.

Mbappe mükafatı qazanmaq üçün "Mançester Siti"nin hücumçusu Erlinq Haalandı, "Bodo-Qlimt"dən Yens Petter Hauge və "Napoli"dən Rasmus Hoylandı qabaqlayıb.

Qeyd edək ki, Mbappe bu mövsüm klubda 9 oyuna çıxıb, 13 qol vurub və 1 məhsuldar ötürmə edib.

O, hazırda 5 qolla Çempionlar Liqasının bombardirləri sırasında ilk yerdə qərarlaşıb. Harri Keyn, Maykl Olise (hər ikisi "Bavariya") və Conatan Burkardt ("Ayntraxt") hərəyə 4 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest