02 Oktyabr 2025, 16:24
FUTBOL
"Barselona" mövsümün sonunda klubla müqaviləsi başa çatan Frenki de Yonqla razılıq əldə edib.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Kataloniya təmsilçisi niderlandlı yarımmüdafiəçi ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan sözləşmənin şərtlərini razılaşdırıb. Yaxın günlərdə 28 yaşlı oyunçu ilə rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Frenki de Yonq bu mövsüm "Barselona"nın heyətində keçirdiyi 7 oyunda 1 qol ötürməssi edib.












