FİFA 2026-cı il dünya çempionatının maskotlarını təsdiqləyib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Atletik" paylaşıb.

Turnirin maskotları müvafiq olaraq üç ev sahibi ölkəni - ABŞ, Meksika və Kanadanı təmsil edən qartal, yaquar və maraldır.

Hər bir maskotun FİFA tərəfindən hazırlanmış öz hekayə xətti var və həm futbol sahəsindəki oyun mövqeyini, həm də arxa planı ehtiva edir.

Qartal Klatç ABŞ milli komandasının mavi səfər formasındadır. Prezident Co Baydenin 2024-cü ildə imzaladığı Konqres aktı ağbaşlı qartalı rəsmi milli quş edib.

Maral Meypl Kanadanı təmsil edir və ölkənin qırmızı ev formasındadır. Maskot həm də ölkənin milli simvolu olan Kanada ağcaqayın yarpağından ilhamlanıb.

Yaquar Zayu Meksikanı təmsil edir və ölkənin yaşıl ev formasındadır. Mayyalılar kimi qədim Meksika sivilizasiyaları da yaquara böyük əhəmiyyət verir, onu yeraltı dünya ilə əlaqələndirir, gücü və cəsarəti simvollaşdırır.

Xatırladaq ki, 2026-cı il dünya çempionatının final turniri 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest